"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

VIII Kocaeli “Kitab Fuarı”yla növbəti kitab-satışı sərgisinin açılışı keçirilib

--2016-05-14 / 19:13

Türkiyənin Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə   14-22 May tarixləri arasında təşkil edilən   VIII  Kocaeli “Kitab Fuarı”yla növbəti kitab sərgi-satışının açılışı keçirilib.

Tədbirə qatılan qonaqları, KiV və QHT təmsilşilərini salamlayan Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri ibrahim Qaraosmanoğlu açılış mərasimində yaxşı insan olmaq istəyən kəs ancaq mütaliə ilə məşğul olmalı olduğunu bildirib.

Sədrin sözlərinə görə,  Kocaeli bu gün kitablar şəhərinə çevrilib.

Kocaeli Böyükşəhər Bələdiyyəsinin yaydığı məlumatda daha sonra deyilir ki, hər il  sərgi dövründə 500 minə çatan ziyarətçi sayıyla Türkiyənin ən böyük kitab sərgisi ünvanını qazanan organizasyonumuz, ötən ildə bu sabitliyini mühafizə edərək 650 min ziyarətçi sayına çatmışdır.

"Kocaeli Kitab Sərgisi" Türkiyənin bir çox şəhərlərində həyata keçirilən kitab sərgilərinə model olmuş, bu gün hər keçən il artan marka dəyəriylə, Türkiyənin digər sərgilərinin təşkili üçün nümunə olaraq göstərilir. 

ən əhəmiyyətli nəşriyyat poiliqrafiya mərkəzlərinin də aralarında olduğu təxminən 380 mərkəzlə  bölgəmizin bu ən əhəmiyyətli kitab sərgisində təkrar bir araya gəldi.  Bu dəfə ki sərgiyə də  yerli və xaric ölkələrin çox qiymətli yazarları və alimlər dəvətlidirlər.

Kocaeli Böyükşəhər Bələdiyyəsi bir daha növbəti kitab sərgisinə tədbirin üçün xeyirli olmasını xahiş edir və  bu günə qədər Kocaeli Kitab sərgisinə verdikləri dəstək üçün ziyaretçilərə, yazarlara, KiV-təmsilçilərinə və qeyri-hökumət təşkilatlarına təşəkkür edərək sizləri təkrar sərgidə görmək istərdik.

Belediyye.info

ŞƏRHLƏR